AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Moskvada "Azərbaycan nemətləri" mağazası açılıb

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi (AZPROMO) Fondunun təşkilatçılığı ilə Rusiya Federasiyasının Moskva şəhərində müxtəlif növ Azərbaycan nemətlərinin satışının həyata keçirləcəyi "Azərbaycan nemətləri" mağazası açılıb.
Moskvanın tanınmış ticarət mərkəzlərindən olan “Depo” Ticarət Mərkəzində fəaliyyətə başlayan mağazada 15 Azərbaycan şirkəti tərəfindən istehsal olunan çay, meyvə şirələri, konservləşdirilmiş məhsullar, energetik içkilər, bal, düyü, qənnadı məmulatları və s. məhsullar alıcılara təqdim olunur.