Poşanın Varşava şəhərinə təşkil olunan ixrac missiyası başa çatıb. İxrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan daxil olub.
Missiya çərçivəsində Polşadan olan şirkətlərlə görüşlər keçirib, məhsulların ixracına dair ilkin razılıqlar əldə olunub. Belə ki, “Azerstar” MMC, “Bakukonserv” QSC, “Mars-Fk” MMC, “AHEC” MMC, “Astara çay” MMC şirkətləri istehsal etdiklərin məhsullarının Polşaya ixracına dair ilkin razılıqlar əldə ediblər.
Bundan əlavə “Azersun Holding ” və “Brightman BMC“ MMC şirkətləri tərəfindən təqdim olunan məhsullar Polşadan olan şirkətlər tərəfindən maraqla qarşılanıb.
İxrac missiyası çərçivəsində Azərbaycan şirkətləri həmçinin Varşada təşkil olunmuş “Worldfood Polşa” beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib. Sərgi zamanı keçirilmiş müsabiqədə “Şirvan Şərabları” şirkətinin istehsal etdiyi “Meysəri Məxməri Premium” şərabı mükafata layiq görülüb.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunan ixrac missiyası 6-10 mart tarixlərini əhatə edib.