AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Növbəti İxrac missiyası Riqaya gedir

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası aprel ayının 7-də Latviyanın Riqa şəhərinə yola düşəcək.
“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının artırılması məqsədi ilə təşkil olunan ixrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keiriləcək, Azərbaycan şərablarının dequstasiya mərasimi təşkil olunacaq.
İxrac missiyası 7-10 aprel tarxilərini əhatə edəcək.