AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın ixrac missiyası Riqadadır

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Latviyanın Riqa şəhərinə təşkil olunub. İxrac missiyasına şərab və digər spirtli içkilərin, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.
Missiyanın ilk günü Azərbaycan və Latviya şirkətləri arasında keçirilən işgüzar görüşdə hər iki tərəfdən 100-ə yaxın sahibkar iştirak edib. Görüşdə “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib, Azərbaycan məhsullarının Latviyaya ixracının genişləndirilməsi müzakirə edilib.
Səfərin ikinci günü – arelin 8-də “Made in Azerbaijan” brendi ilə istehsal olunan Azərbaycan şərablarının dequstasiyası keçirilib. İştirakçılara Azərbaycanın müxtəlif bölgələrində istehsal olunan məhsul nümunələri təqdim olunub.
7-10 aprel tarixlərini əhatə edən ixrac missiyası çərçivəsində Azərbaycanın Latviyadakı Ticarət Evində görüşlər keçiriləcək, ticarət şəbəkələrinə səfərlər təşkil olunacaq.