İyunun 12-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan İtaliya iş adamları ilə görüş keçirilmişdir.
Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.
İtaliya biznes heyətin rəhbəri Alfredo Mantika ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.
Görüş zamanı işgüzar əlaqələrin inkişafına dair müzakirələr aparılmış, Azərbaycanın investisiya imkanları barədə italiyalı iş adamlarına məlumat verilmiş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.