İyunun 28-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Rusiya Federasiyasının "Oleonafta" şirkəti ilə Azərbaycan iş adamları arasında işgüzar görüş keçirilmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Vidadi Quliyev bu cür tədbirlərin iş adamları arasında əlaqələrin daha da genişlənməsində əhəmiyyətini vurğulamış, sahibkarları fəal müzakirələrə dəvət etmişdir.
Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin təmsilçisi Viktor Qluşenko çıxışında dostluq zəminində qurulan Azərbaycan-Rusiya arasında iqtisadi münasibətlərinin uğurla inkişaf etdiyini qeyd etmişdir.
Tədbirdə Rusiyanın "Oleonafta" şirkətinin nümayəndəsi Aleksey Mavrin təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermiş, "Lider" sənaye parkı barədə təqdimatla çıxış etmişdir.