AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın investisiya imkanları İtaliyalı iş adamlarına təqdim edilmişdir

İyulun 9-da Bak Biznes Mərkəzində  Azərbaycan və İtaliya iş adamları arasında görüş keçirilmişdir.
   AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, investorlar üçün yaradılmış əlverişli şərait və ölkəmizin iştirakçısı olduğu mühüm layihələr barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq İtaliylı iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.  Tədbirdə AZPROMO-nun fəaliyyəti, Azərbaycanın investisiya mühitinə dair təqdimat keçirilmişdir.
İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu vurğulanmış, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin bu baxımdan əhəmiyyətli olduğu diqqətə çatdırılmışdır.
   İtaliyalı iş adamlarına Azərbaycan iqtisadiyyatının prioritet sahələri, investisiya layihələrinin birgə maliyyələşdirmə imkanları, Sumqayıt Kimya Sənaye Parkında  görülmüş işlər və investorlara təklif olunan güzəştlər barədə məlumat verilmişdir.  İtaliyalı iş adamlarını maraqlandıran suallar cavablandırılmış, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilmişdir.