AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın investisiya imkanları Fransız iş adamlarına təqdim olunmuşdur

Noyabrın 25-də Bakıda səfərdə olan Fransa şirkətlərindən ibarət nümayəndə heyəti üçün Azərbaycana dair ölkə təqdimatı keçirilmişdir. Mühəndislik, audit və sertifikatlaşdırma, təhlükəsizlik sistemləri, səhiyyə və turizm sahələrini təmsil edən fransız şirkətləri üçün təşkil olunmuş tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan və Fransa arasındakı mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə, səfirliyin iqtisadiyyat məsələləri üzrə nümayəndəsi Herve Sarnelli Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatlarla çıxış etmişlər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, iri layihələr barədə məlumat vermiş, ölkəmizdə yerli və xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayaraq fransız iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Fransız iş adamları AZPROMO-nun dəstəyi ilə 25-26 noyabr tarixlərində Azərbaycan iş adamları ilə əməkdaşlıq qurmaq və mövcud əlaqələri genişləndirmək üçün ikitərəfli görüşlər də keçirəcəklər.