31 mart - 3 aprel tarixlərində Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopfun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İKT, tikinti, konsaltinq sahələrində fəaliyyət göstərən Avstriya şirkətlərinin nümayəndələri ilə Azərbaycanın müvafiq şirkətləri arasında görüşlər təşkil olunmuşdur. Görüşlər zamanı şirkətlər arasında ilkin tanışlıq və gələcəkdə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.