AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Portuqaliya nümayəndə heyəti ilə görüş keçirilmişdir

Aprelin 7-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Portuqaliyanın “Basnco Espirito Santo” Bankının rəhbəri Ricardo Bastos Salgadonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan və Portuqaliya iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir. 

Portuqaliyanın “Basnco Espirito Santo” Bankının rəhbəri Ricardo Bastos Salgado iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətindən danışmış və Portuqaliyanın iqtisadiyyatına və investisiya mühitinə dair təqdimat etmişdir.

Görüşdə iştirak edən Portuqaliya şirkətləri öz fəaliyyətlərinə dair təqdimatlar keçirmiş, AZPROMO-nun əməkdaşları isə iş adamlarını maraqlandıran sualları cavablandırmışlar.