AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Küveyt iş adamları AZPROMO-da olmuşlar

Aprelin 10-da Küveytin nüfuzlu iş adamı Şeyx Naser Əl Sabah və “Küveyt-Azəri” Ticarət Müəssisəsinin rəhbəri Raid Rəcəb ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO)  görüş keçirilmişdir.
Görüşdə  AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir.
Görüş zamanı iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmış və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilmişdir.
Səfər çərçivəsində  Küveyt iş adamları ilə Azərbaycanın müvafiq şirkətləri arasında görüşlər təşkil olunmuşdur.