AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Montenegro iş adamları AZPROMO-da olmuşlar

Aprelin 16-da Montenegronun nüfuzlu iş adamları Denis Mandiç və Dusko Knezeviç Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO)  olmuşlar.
Görüşdə turizm, tikinti və qida sənayesi sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Monteneqro iş adamlarına ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilmişdir.