AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO ilə ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

İyulun 11-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) ABŞ-Azərbaycan Ticarət Palatası ilə görüş keçirilmişdir.
Görüş zamanı AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti, yerli və xarici iş adamlarına göstərdiyi xidmətlər, Azərbaycan və ABŞ arasında ticarət əlaqələri, eləcə də AZPROMO-nun ABŞ-dakı nüməyəndəsi tərəfindən bu ölkədə Azərbaycan məhsullarının təşviqi sahəsində görülən işlər barədə məlumat vermişdir.
ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Reza Vəziri Palatanın fəaliyyəti barədə məlumat vermiş, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayaraq işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin bu baxımdan əhəmiyyətini diqqətə çatdırmışdır.
Sonda AZPROMO ilə ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.