AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da İran nümayəndə heyəti ilə görüş keçirilmişdir

Sentyabrın 10-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin Əmək və planlaşdırma məsələləri üzrə valisinin müavini Rza Cəmşidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilmişdir. Görüşdə hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, ticarət, turizm və səhiyyə sahələrində fəaliyyət göstərən  20-dən çox  iş adamı iştirak etmişdir.

Qonaqlara Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun iş adamlarına göstərdiyi dəstək barədə məlumat verilmişdir.

İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin Əmək və planlaşdırma məsələləri üzrə valı müavini Rza Cəmşidi iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətindən danışmış və Xorasan vilayətinin iqtisadiyyatına və investisiya mühitinə dair təqdimatla çıxış etmişdir.

Tədbir ikitərəfli görüşlərlə davam etmiş, sahibkarlar arasında əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması barədə müzakirələr aparılmışdır.