AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da Azərbaycan-Rusiya işgüzar görüşü keçirilmişdir

Sentyabrın 12-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət nümayəndəliyinin əməkdaşlarının və Rusiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, icra olunan dövlət proqramları, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumat vermiş, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırmışdır.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət nümayəndəliyinin sədr müavini Oleq Bikmansurov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırmış, işgüzar dairlələrin iştirakı ilə keçirilən tədbirlərin ticarət əlaqələrinin inkişafına mühüm töhfə verdiyini, bu ilin iyununda Qəbələdə keçirilmiş V Azərbaycan-Rusiya Regionlararası Forumunun Rusiya ilə, eləcə də Rusiyanın federal subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətini diqqətə çatdırmışdır. Oleq Bikmansurov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.
Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə, "Təmiz Şəhər" SC-nin idarə heyətinin sədr müavini Etibar Abbasov "Təmiz Şəhər" SC-nin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.
Görüşdə həmçinin, Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə Rusiya şirklətləri arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılmışdır.