AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ərəb iş adamları ilə görüş keçirilmişdir

Noyabrın 18-də Bakı Biznes Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ərəb iş adamları ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sumqayıt Kimya Sənaye Parkı (SKSP), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Yüksək Texnologiyalar Parkı tərəfindən ərəb iş adamları üçün Azərbaycanın biznes və investisiya imkanları, SKSP  və Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətində görülən işlər, rezidentlər üçün tətbiq edilən güzəştlər, AİŞ-in fəaliyyəti barədə məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.