AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın investisiya imkanları İtaliyanın nümayəndə heyətinə təqdim edilmişdir

Noyabrın 21-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Azərbaycan-İtaliya işgüzar görüşü keçirilmişdir. Tədbirdə tikinti, infrasruktur, sənaye, alternativ enerji, ətraf mühit və s. sahələrdə fəaliyyət göstərən İtaliyalı iş adamları iştirak etmişlər.
İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyətinə dair geniş məlumat vermişdir.
İtaliya-Azərbaycan Ticarət Palatası Assosiasiyasının vitse-prezidenti Emilio Saponara ötən həftə təşkil edilmiş Azərbaycan-İtaliya biznes forumunun əhəmiyyətini diqqətə çatdırmış, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirin iki ölkənin iş adamları arasında mövcud əməkdaşlığın daha da genişlənməsinə və yeni əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini bildirmişdir.
İtaliyanın İqtisadi inkişaf nazirinin keçmiş müavini Adolfo Urson isə çıxışında ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd etmiş, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirmişdir.
İşgüzar görüşdə Azərbaycanın investisiya imkanlarına dair müzakirələr aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.