Sentyabrın 28-də Bakıda keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Serbiya işgüzar görüşü keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə serbiyalı qonaqlara məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Serbiya biznes nümayəndə heyətinin rəhbəri və “Human Resurces Telecom” şirkətinin direktoru Drasko Markoviç ölkəsinin biznes və investisiya mühiti barədə məlumat vermiş, rəhbərlik etdiyi şirkətin fəaliyyətinə dair təqdimatla çıxış etmişdir.
Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.