AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Çex iş adamları ilə işgüzar görüş keçirilib

Martın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan və Çexiya iş adamları arasında işgüzar görüş keçirilmişdir.
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil edilən görüşlərdə hər iki tərəfdən turizm, sənaye, logistika, bankçılıq, əczaçılıq, enerji və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak etmişdir.
Görüşlərdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunmuşdur.