AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Finlandiya Birjalar Assosiasiyasının Üzvləri ilə AZPROMO-da Görüş

Finlandiya Birjalar Assosiasiyasının bir qrup üzvü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olmuşlar.
Finlandiya tərəfindən maliyyə xidmətləri və birja fəaliyyəti göstərən 10-dan çox iş adamının iştirak etdiyi görüşdə hər iki ölkənin biznes və investisiya mühiti barədə məlumat verilmiş, Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu imkanları, mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri müzakirə olunmuşdur.