Mayın 24-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində tikinti və qida sənayesində fəaliyyət göstərən Litva şirkətlərinin nümayəndələri ilə Azərbaycan iş adamları arasında ikitərəfli görüşlər keçirilib. 20-dən çox Azərbaycan və Litva iş adamının iştirak etdiyi görüşdə qarşılıqlı investisiya və ixrac imkanları müzakirə edilib.