Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Çin nümayəndəliyi ilə Azərbaycan şirkətlərinin təmsilçiləri arasında görüş keçirilib.
Nümayəndəliyin rəhbəri Teymur Nadiroğlu azərbaycanlı iş adamlarına Çinin iqtisadiyyatı, ixrac və investisiya imkanları barədə məlumat verib, onların suallarını cavablandırıb.