Dünyanın bir sıra ölkələrində sənaye sahəsində mühüm layihələri reallaşdıran "İndustrial Project Service (IPS) Group" şirkətinin nümayəndələri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olmuşlar.
Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdəki əlverişli biznes və investisiya mühiti, Azərbaycanda yaradılan sənaye parklarında investorlara təklif olunan üstünlüklər barədə məlumat vermişdir.
"İndustrial Project Service (IPS) Group" şirkəti ilə Azərbaycan şirkətləri arasında sənayenin müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılmışdır.