AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və İran sahibkarları arasında əlaqələr genişlənir

İyulun 13-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycan-İran işgüzar görüşü keçirilib.
Tədbirdə qonaqlara qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, Azərbaycanın biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti barədə məlumat verilmiş, belə tədbirlərin iş adamları arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyəti vurğulanmışdır.
Görüşdə sahibkarlar arasında əlaqələrin inkişafına dair müzakirələr aparılıb.