İyulun 26-da Bakı Biznes Mərkəzində Bolqarıstandan gələn iş adamları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərliyi ilə görüşüb.
Görüş çərçivəsində hər iki ölkənin biznes və investisiya mühiti, Azərbaycan və Bolqarıstanda istehsal olunan yerli məhsullar və onların ixrac potensialı, qarşılıqlı ticarət imkanları, xarici bazarlara çıxış və digər bu kimi mövzular geniş müzakirə olunmuşdur.