AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Anlaşma Memorandumu imzalayıb

Avqustun 4-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPİT) nümayəndələri arasında görüş keçirilib, iki ölkənin iş adamları arasında ticarət, investisiya, iqtisadi və texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə AZPROMO ilə CCPİT arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.