Avqustun 18-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) yapon iş adamları ilə görüş keçirilib.
Görüşdə hər iki tərəfi maraqlandıran qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, qonaqlara Azərbaycanın biznes və investisiya mühiti, ölkəmizin ixrac imkanları, sənaye parkları barədə məlumat verilib.