AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İMMİB nümayəndələri ilə görüş keçirildi

1 sentyabr tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İstanbul Mədən və Metallar İxracatçılar Birliyi nəzdindəki İnformasiya Texnologiyaları İxracat Komissiyasının nümayəndələri ilə görüş keçirilmişdir.
Görüş çərçivəsində ixrac və investisiya sahəsində qarşılıqlı əməkdaşlığa dair imkanlar, informasiya texnologiyaları üzrə hər iki tərəfi maraqlandıran aktual məsələlər və həmçinin, oktyabr ayında Bakıda İstanbul Mədən və Metallar İxracatçılar Birliyi tərəfindən Türk firmalarının iştirakı ilə təşkil olunacaq “Ticarət Heyəti Proqramı” geniş müzakirə olunmuşdur.