Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) regional rəhbərləri və mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) görüş keçirilib.
Görüşdə Azərbaycanda investisiya mühiti və biznesin tənzimlənməsi, investisiya siyasəti və təşviqi sahəsində həyata keçirilən islahatlar barədə qonaqlara məlumat verilib, nümayəndə heyətində təmsil olunan mütəxəssislərlə fikir mübadiləsi aparılıb.