AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rusiyanın Xarici İqtisadi Əlaqələr Təşkilatları Assosiasiyası ilə görüş keçirilmişdir

9 sentyabr tarixində Rusiyanın Xarici İqtisadi Əlaqələr Təşkilatları Assosiasiyasının rəhbərliyi Azərbaycanın Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasına daxil olan şirkət təmsilçiləri ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) görüş keçirmişlər. 15-dən çox yerli şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə kənd təsərrüfatı məhsullarının ixrac perspektivləri müzakirə olunmuşdur.