9 sentyabr tarixində Rusiyanın Xarici İqtisadi Əlaqələr Təşkilatları Assosiasiyasının rəhbərliyi Azərbaycanın Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasına daxil olan şirkət təmsilçiləri ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) görüş keçirmişlər. 15-dən çox yerli şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə kənd təsərrüfatı məhsullarının ixrac perspektivləri müzakirə olunmuşdur.