AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO-da İranın Ərdəbil vilayətinin nümayəndə heyəti ilə müzakirələr aparılıb

Oktyabrın 18-də Bakı Biznes Mərkəzində İran İslam Respublikasının Ərdəbil vilayətindən gələn nümayəndə heyəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) görüş keçirilib.
Qonaqları salamlayan AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iki ölkə arasında biznes əlaqələrinin yüksək səviyyədə olduğunu, azərbaycanlı və iranlı iş adamlarının işgüzar əlaqələrinin müsbət nəticələr verdiyini bildirib.
İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının üzvü Hüseyn Pirmoazen İran və Azərbaycan arasında ticarət münasibətlərinin davamlı inkişaf etməsindən, həyata keçirilən layihələrdən bəhs edib, sahibkarları daha sıx əməkdaşlığa dəvət edib.
Görüşdə Ərdəbil vilayəti iş adamları ilə Azərbaycanlı həmkarları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.