AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Yaponiya işgüzar görüş keçirilmişdir

Noyabrın 5-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi, Sakura Azərbaycan-Yaponiya İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilmişdir.
Tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycanın qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.
Yaponiyanın "World İnvestors TV" şirkətinin rəhbəri Kazuyasu İşida Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat vermişdir. Kazuyasu İşida kənd təsərrüfatı, maliyyə, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən yapon şirkətlərinin azərbaycanlı sahibkarlarla əməkdaşlığa böyük maraq göstərdiyini vurğulamışdır.
Tədbirdə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimat keçirilmişdir.