AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Belarusdakı “Azərbaycan Ticarət Evi”nin nümayəndələri Bakıda ixracatçılarla görüşüb.

Noyabrın 20-də Bakı Biznes Mərkəzində Belarusdakı “Azərbaycan Ticarət Evi”nin nümayəndələri ilə ixracatçılar arasında görüş keçirilib. Görüşdə Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və ixracın genişləndirilməsi kimi məsələlər müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.
Həmçinin, görüşdə iştirak edən ixracatçılar tərəfindən Belarus Respublikasının spirtli içkilər bazarına, eləcə də lak və boya məhsulları bazarına dair araşdırmanın aparılması təklif olunub.
Qeyd edək ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin nəticəsində yaradılan “Azərbaycan Ticarət Evi” Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında Belarus bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və əlaqələrin qurulması, Belarus qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını yaxından dəstəkləyir.