AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) nümayəndə heyəti ilə görüş keçirilib

Yanvarın 24-də Koreya Respublikası Səfirliyinin Ticarət şöbəsi-Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) direktoru Oh Myung Hunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.
AZPROMO rəhbərliyi ilə keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2018-ci il ərzində Azərbaycanda Koreya şirkətlərinin iştirakı ilə 4 biznes forum və istehlak malları festivalının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində bu ilin may ayında Koreyada keçiriləcək “SEOUL FOOD 2018” sərgisində Azərbaycanın vahid ölkə stendi ilə iştirakı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Koreyaya ixracı, azərbaycanlı sahibkarların Koreyaya səfərlərinin təşkili, yerli şirkətlərin Koreyada həyata keçirilən layihələrdə iştirakı barədə fikir mübadiləsi aparılıb.