AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Yanvarın 26-da Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının baş katibi Abdülrahim Hasan Naqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.
AZRPROMO rəhbərliyi ilə keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, bu ilin oktyabr ayında Azərbaycanda Körfəz ölkələrinin iş adamlarının iştirakı ilə sərginin təşkil olunması, sərgi çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, ərəb sahibkarlarla biznesin müxtəlif sahələrində müzakirələrin aparılması nəzərdə tutulub.
Bundan başqa, birgə investisiya layihələrinin əks olunduğu təşviqat materiallarının çap olunması və iki ölkənin müvafiq biznes icmaları arasında paylanılması barədə danışıqlar aparılıb. Görüşdə Bakının “Expo 2025” Sərgisinə namizədliyi barədə qonaqlara məlumat verilib. Abdülrahim Hasan Naqi sərginin paytaxtımızda təşkil edilməsini dəstəkləyəcək təbdirlərin həyata keçiriləcəyini bildirib.
Bununla yanaşı, “Halal Qida” sərgilərinin təşkili, habelə halal qida standartları ilə fəaliyyət göstərən sahibkarların əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.