AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət-iqtisadi məsələləri üzrə nümayəndə heyəti ilə görüş keçirilib

Fevralın 2-də Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət-iqtisadi məsələləri üzrə müşaviri cənab Van Çunqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.
AZPROMO rəhbərliyi ilə keçirilən görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin daimi inkişafı, ildən ilə artan ticarət dövriyyəsi barədə danışılıb. Çinin idxalında Azərbaycan məhsullarının payının artırılması üçün Çində keçiriləcək sərgilərdə iştirakın vacibliyinə dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2018-ci ilin 5-10 noyabr tarixlərində Çinin Şanxay şəhərində keçiriləcək Beynəlxalq Çin İdxal Sərgisində "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Azərbaycanın vahid ölkə stendi ilə iştirakı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.