Sentyabrın 13-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Tatarıstan işgüzar görüş keçirilib.
Görüşdə hər iki tərəfdən tikinti, yaşıllaşdırma, kimya məhsullarının istehsalı, təhsil, turizm sahələrində fəaliyyət göstərən 30-a yaxın şirkətin nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, ixrac məsələləri müzakirə edilib.