AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın 2012-ci ildə turizm sahəsindən əldə etdiyi gəlirlər 89% artaraq 2,433 mln ABŞ dolları təşkil etmişdir

BMÜTT-nin cari ilin iyul ayında çap olunan "UNWTO Tourism Highlights, 2013 edition" nəşrində 2011-ci ilə nisbətdə 2012-ci ilin Avropa regionu üzrə beynəlxalq turist sayının artma faizi qeyd olunmuşdur. Göstəricilərə əsasən, artım templərinə görə MDB ölkələri liderlik edir. 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,986 milyon təşkil edərək, 2011-ci ildəki müvafiq göstəricidən (1,562 milyon) 27% artıq olub. Bu isə Azərbaycan üçün hətta digər ölkələrlə müqayisədə belə kifayət qədər yüksək göstəricidir.

Avropa ölkələri (MDB ölkələri daxil olmaqla) üzrə sıralamanı nəzərə alaraq, turist sayının artma faizinə görə top-5 ölkələr aşağadakılardır:
1. Gürcüstan - 36%
2. Azərbaycan - 27%
3. Moldova - 19%
4. Andorra - 15%
5. Rusiya - 13%
Eyni zamanda, turizm sahəsində əldə olunan ümumi gəlir göstəricilərini nəzərdən keçirsək, Azərbaycan 2011-ci ildə 1,287 milyon ABŞ dolları, 2012-ci ildə isə 2,433 milyon ABŞ dolları ümumi gəlir əldə etmişdir. Bu da, 89 % artıma bərabərdir. Müqayisə üçün qeyd etmək olar ki, 2012-ci ildə Gürcüstanın ümumi turizm gəlirləri 1,411 milyon ABŞ dolları, Moldovanın - 213 milyon ABŞ dolları, Rusiyanın isə 11,187 milyon ABŞ dolları təşkil etmişdir.  (mənbə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin internet səhifəsi)