2013-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda müəssisə və təşkilatların sayı artmaqda davam edib və qeydiyyatdan keçmiş 3 833 müəssisə və təşkilatın 148-i dövlət mülkiyyətinə, 3 337-si xüsusi mülkiyyətə, 3-ü bələdiyyə mülkiyyətinə, 265-i tam xarici investisiyalı və 80-i birgə müəssisələrə aid olub.
Yeni müəssisələrin 54,2%-i Bakıda, 13,5%-i Aran, 8,5%-i Abşeron və 7,9%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Mənbə: Dövlət Statistika Komitəsi