Martın 30-da öz işinə başlayan “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPRMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edirlər.
Sərgi aprelin 2-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan artıq 2-ci dəfədir ki, “MosBuild” beynəlxalq inşaat və tikinti materialları sərgisində təmsil olunur.