ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

“Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri açıqlanıb

Onlayn formatda keçirilən beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri açıqlanıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı ilə keçirilən milli müsabiqədə ölkənin 2021-ci ildə ən tanınan 50 brendi seçilərək mükafatlandırılıb.

“Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyev bildirib ki, “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində təşkil olunan milli və regional “Brand Award” müsabiqələrin qalibləri 2021-ci ilin sonunda yekun “Brand Award International” müsabiqəsində iştirak etmək imkanı əldə ediblər.

Tədbirdə çıxış edən AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru Fuad Cəfərov “Caspian Energy Club”a yerli brendlərin tanınması, kiçik və orta biznesə bu sahədə dəstək verilməsi istiqamətində görülən işlər üçün təşəkkürünü bildirib, hər iki qurum arasında əməkdaşlığın daha da genişlənəcəyini vurğulayıb.

Sonda qalib şirkətlərin nümayəndələri çıxış edərək “Caspian Energy Club” komandasına belə layihələr üçün minnətdarlıq edib, bu ilin sonunda keçiriləcək “Brand Award International” müsabiqəsində iştirakçılara uğurlar arzulayıblar.