AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO nümayəndələri Yaponiyada bir sıra görüşlər keçirib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndələri Yaponiyaya səfər çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə işgüzar gorüşlər keçirib. Belə ki, Yaponiyanın turizm və enerji sahəsində fəaliyyət göstərən “H.I.S. Co. LTD”, qablaşdırma, logistika və turizm sferasında fəaliyyət göstərən “KOIKE Corporation Limited” şirkətlərinin nümayəndələri ilə təşkil edilən görüşlərdə ticarət və investisiya istiqamətində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi, Yaponiyaya  ixrac prosedurlarına fikir mübadiləsi aparılıb.

Yaponiyanın “Jetro” (Yaponiya Xarici Ticarət Təşkilatı) və AZPROMO nümayəndələri arasında keçirilən görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad olunmuş ərazilərinin iqtisadi potensialı barədə məlumat verilib, Yaponiyada keçirilən beynəlxalq sərgilərdə iştirak məsələləri müzakirə olunub.

“JİCA” Agentliyinin rəhbər heyəti ilə görüşdə AZPROMO nümayəndələri ikitərəfli əməkdaşlıq əlaqələrini qurulması və birgə tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.