AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Dünya İnvestisiya Konfransında iştirak edib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə Cenevrədə keçirilən 26-cı Dünya İnvestisiya Konfransında (World Investment Conference – WIC) təmsil olunub.

Tədbirdə dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, investisiya təşviqi agentliklərinin nümayəndələri, özəl sektor təmsilçiləri və investisiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Konfrans çərçivəsində müxtəlif ölkələrin investisiya təşviqi agentliklərinin nümayəndələri arasında investisiya imkanlarının genişləndirilməsi, yeni texnologiya və trendlərin tətbiqinə dair müzakirələr aparılıb.

AZPROMO-nun müşaviri Zöhrab Qədirov konfrans çərçivəsində keçirilən WAIPA-nın Baş Assambleyasının iclasında, panel təqdimatlarında, investisiyaların təşviqi agentliklərinin (IPA) toplantısında iştirak edib, İslam İnkişaf Bankı (IDB), "Kazakh Invest" və "Invest Qatar" kimi təşkilatlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verilib, qurumlar arasında əməkdaşlıq perspektivləri, birbaşa xarici investisiyaların cəlb olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AZPROMO 2010-cu ildən WAIPA-nın üzvüdür və hazırda Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.