AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları "Beynəlxalq Yaşıl Həftə" sərgisində maraqla qarşılanır

Məlumat verildiyi kimi, Almaniyanın Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə sərgidə şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti "Made in Azerbaijan" vahid ölkə stendində öz məhsullarını nümayiş etdirir, sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim olunur. Azərbaycan məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qaşılanır.

Sərginin ilk günündə Azərbaycan stendini Gürcüstanın kənd təsərrüfatı naziri Otar Şamuqiya, Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və digər şəxslər ziyarət edib. AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizin qeyri-neft ixracı potensialı və coğrafiyası, investisiya və biznes imkanları barədə məlumat verib.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 13-cü dəfə təmsil olunur. Builki sərgidə 60 ölkədən 4 mindən çox şirkət iştirak edir.

Sərgi yanvarın 29-dək davam edəcək.