AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Nar ixracatçıları ilə onlayn görüş keçirilib

Nar ixracatçılarına sertifikatlaşma və ixrac prosedurları barədə məlumat verilib.

 

Nar ixracatçıları ilə onlayn görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi (AZPROMO) agentliklərinin, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşları iştirak edib.

 

Tədbirdə ixracın şaxələndirilməsi məqsədilə narın yeni ixrac bazarlarına çıxarılması üçün tələb olunan keyfiyyət standartları, AZPROMO tərəfindən göstərilən dəstək tədbirləri, xüsusilə sertifikatlaşma və korporativləşmə ilə bağlı məlumat verilib, fermerlərin sualları cavablandırılıb.