Ənənəvi Ağdam şərabının nüfuzunun qorunması və keyfiyyətinin təmin olunması şərti ilə istehsalın və ixracının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən "Ağdam şərabı" əmtəə nişanı və coğrafi göstəricisi dövlət qeydiyyatına alınıb və hazırda da bu istiqamətdə müvafiq işlər davam etdirilir. Cari mərhələdə ənənəvi "Ağdam şərabı" əmtəə nişanının istifadə qaydaları hazırlanmış və təsdiq edilmişdir.
Sözügedən şərab istehsalı ilə məşğul olmaq istəyən müəssislər qaydalara əsasən AZPROMO-ya müraciət etməlidirlər. "Ağdam şərabı" əmtəə nişanının istifadə hüququnu almayan müəssislərə bu şərabın istehsalına və qeyd olunan əmtəə nişanından istifadəsinə icazə verilmir. Aşağıdakı qaydalara uyğun olaraq, müvafiq hüququn verilməsi ilə bağlı AZPROMO tərəfindən istehsalçılara dəstək göstəriləcəkdir.
"Ağdam şərabı" əmtəə nişanının istifadə qaydaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.