AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Beynəlxalq Şuraya üzv qəbul edilib

BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Zeytun Şurasına  Azərbaycanın üzvlüyü qəbul edilib.

Azərbaycan zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən ölkələri bir araya gətirən və BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Zeytun Şurasına (International Olive Council – IOC) üzv qəbul edilib.
 

Qeyd edək ki, 1959-cu ildə yaradılan IOC-un üzvləri sırasına Albaniya, Argentina, Azərbaycan, Avropa İttifaqı ölkələri, Əlcəzair, Bosniya və Herseqovina, Misir, Gürcüstan, İran, İsrail, İordaniya, Livan, Liviya, Monteneqro, Mərakeş, Fələstin, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Uruqvay və Özbəkistan daxildir.

Şuranın fəaliyyətinə tədqiqat, təlim və texnologiya transferi üzrə beynəlxalq texniki əməkdaşlığın təşviq edilməsi, ticarət standartlarının inkişaf etdirilməsi, məhsulun keyfiyyətini artırmaqla zeytun yağı və süfrə zeytununun payının beynəlxalq ticarətdə artırılması, özəl sektorla sıx əməkdaşlıq etmək üçün hökumət nümayəndələri və ekspertlər arasında görüşlərin keçirilməsi və s. daxildir.