Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Pekin şəhərində 2026-cı ilin 9-13 sentyabr tarixlərində keçiriləcək Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisinə (“CIFTIS 2026”) vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): informasiya və kommunikasiya texnologiyaları (İKT) və rəqəmsal xidmətlər, maliyyə və sığorta xidmətləri, tikinti və mühəndislik xidmətləri, turizm və mədəniyyət xidmətləri, logistika, nəqliyyat və təchizat zəncirinin idarə edilməsi üzrə xidmətlər, yaşıl enerji həlləri və ekoloji xidmətlər, eləcə də digər biznes və peşəkar xidmət sahələri.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 13 avqust 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq xidmətlər üzrə istehsal potensialı – 10 bal;
- nümayiş olunacaq xidmətlərin hədəf ölkəyə ixrac potensialı – 10 bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi xidmətlərin dəyərini göstərməklə) – 5 bal;
- Meyarların cəmi üzrə minimum keçid balı – 20 bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Ərizə;
- dəstək tədbirində iştirakla bağlı Şərtlər;
- sahibkarın ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
- son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
- bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).
Sənədlər aşağıdakı ünvan üzrə 3 avqust 2026-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Rəna Hüseynova
Tel: (+994 12) 598-01-47/48 (daxili - 3616);