AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Polşa Biznes Forumunun keçirilmişdir

Dekabrın 15-də Bakı Biznes Mərkəzində Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri cənab Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Polşa Biznes Forumunun keçirilmişdir.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı kənd təsərrüfatı və qida sənayesi,  İKT, sənaye, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən energetika naziri Natiq Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etmişdir. Bildirilmişdir ki, son illərdə Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.
Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Polşanın iqtisadiyyatı barədə məlumat vermiş, iş adamları arasında keçirilən görüşlərin və biznes forumların əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin Polşa ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat vermiş və Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında təqdimatla çıxış etmişdir.
Polşanın İnformasiya və Xarici İnvestisiyalar Agentliyinin (PAIiIZ) idarə heyətinin sədri Slavomir Mayman Agentliyin fəaliyyəti barədə, Polşanın investisiya mühiti və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat vermiş iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Biznes forumda Polşanın Dövlət İnkişaf Bankının Xarici Ticarətin Dəstəklənməsi Departamentinin eksperti Karol Rozenberq və MPromotion Agentliyinin  kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə eksperti Katarzina Baranovskan təqdimatlarla çıxış etmişlər.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.